19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Gimnastlarımız mübarizəni dayandırdı

Bu gün Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar keçirilib. Futbolxeber.az-ın məlumatına görə, kişi və qadın gimnastlar sinxron hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayıblar.

Yarışlarda ümumilikdə 21 cütlük mübarizə aparıb. Azərbaycan yığması həm kişilərin, həm qadınların mübarizəsində təmsil olunub.

İlya Qrişunin və Oleq Pyunovdan ibarət cütlük kişilərin mübarizəsində çıxış edib. Burada 11 komanda mübarizə aparıb. Nəticədə 54,400 xal toplayan komandamız 9-cu yerdə qərarlaşıb və final mərhələsinə vəsiqə qazana bilməyib.

Qadınların yarışında isə 10 cütlük çıxış edib. Ölkəmizi Svetlana Makştarova və Səbina Zaytseva təmsil edib. Millimiz 10 komanda arasında 9-cu yeri tutaraq, mübarizəni dayandırıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30