19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Taekvondoçumuz: “Finalda revanş almağa çalışacağam”

“Dörddəbir final mərhələsində niderlandlı Yeroen Vanroiy ilə qarşılaşmam bir az çətin oldu, çünki ilk görüşüm idi, ancaq buna baxmayaraq qələbə qazandım. Yarışın yarımfinalında Olimpiya Oyunlarının iştirakçısı, dünya çempionatının mükafatçısı olan sloveniyalı İvan Konrad Trajkoviçlə döyüşdə isə böyük hesablı qələbəni bir az asan əldə etdim. İndi isə finaldayam və sonadək döyüşəcəyəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində “Baku Crystal Hall”da keçirilən kişilər arasında taekvondo yarışlarında final mərhələsinə yüksələn Azərbaycan təmsilçisi, dünya çempionu Radik İsayev (+80 kq) həlledici görüşdən əvvəl deyib.

Dünya çempionu vurğulayıb ki, qızıl medal qazanmağa yalnız bir döyüşü qalır: “Yolun yarısından çoxunu keçmişəm. Ancaq finaldakı rəqibim olan rusiyalı Vladislav Larinlə iki dəfə dayanq üzərində əvvəllər qarşılaşmışam və hər iki görüşdə məğlub olmuşam. Ancaq rəqibimin güclü olmasına baxmayaraq, azarkeşlərimizin də mənə dəstəyi sayəsində rəqibimi məğlub etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm və revanş almağa çalışacağam. Birinci Avropa Oyunlarından sonra isə 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağam. Məqsədim Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30