20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”: Durunda 8-ci, Bayramova 15-ci oldu

Bu gün Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastikada fərdi yarışlara start verilib. Futbolxeber.az-ın məlumatına görə, çoxnövçülükdə mükafatçıları müəyyənləşdirən gimnastlar alətlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edib.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Azərbaycanı iki idmançısı da bacarığını nümayiş etdirib.

Ayşən Bayramova və medal ümidlərimizdən olan Marina Durunda çoxnövçülükdə xalça üzərinə çıxıblar.

Çoxnövçülükdə Marina 69,850 xal toplayıb. O, bu nəticə ilə 8-ci olub. 66,400 xalı olan Ayşən isə 15-ci yerlə kifayətlənib.

Rusiyalı Yana Kudryavtseva 76,100 xalla yarışın qalibi olub. Onun həmyerlisi Marqarita Mamun 75,650 xalla 2-ci, belaruslu Melitina stanyuta 73,100 xalla 3-cü yeri tutub.

Gimnastlarımız ayrı-ayrı alətlərdə də mübarizə aparıb. Durunda və Bayramova həlqə, lent, top və gürzlərlə hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayıb.

Həlqələrdə Durunda 18,100 xalla 6-cı, Bayramova 17,000 xalla 15-ci olub.

Topla hərəkətdə 17,900 xal yığan Marina 8-ci, Ayşən isə (15,900) 18-ci yeri tutub.

Lentlə hərəkətdə 17,800 xal əldə edən Marina 7-ci, 16,450 xal toplayan Bayramova 16-ci olub.

Durunda bu üç alətlə hərəkətdə final mərhələsində adlaya bilib. Gürzlərlə hərəkətlərdə isə ölkəmiz finalda təmsil olunmayacaq. Belə ki, Bayramova (17,050) 10-cu olubsa, Durunda (16,050) 19-cu yerlə kifayətlənib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30