19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Saymon Kleq: “Bakı-2015”ə tamaşaçı marağından razıyıq”

“Bütün dünyaya Azərbaycanla bağlı gözəl təsvirlər yayılır”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənki çıxışlar və bilet satışı barədə məlumat verib: “14 məkanda 7 idman növü üzrə yarış oldu. 30 minə yaxın tamaşaçı oyunları izlədi. Dünən suya tullanmanın ilk günü olsa da, çox uğurlu alındı. Hətta bu gün orda tamaşaçılar üçün əlavə sektorlar açılıb. 1600-dən çox əlavə yer təmin olundu. Bu gün velosipedçilər gün ərzində yolla tanış olacaqlar. Ona görə də, bəzi yollar bağlanacaq. Məhdudiyyətlər müvəqqəti olacaq. Sabah isə yarış olacaq”.

Kleq deyib ki, bu gün 12 idman növündə yarış olacaq: “Stolüstü tennis və taekvondo yarışları bitəcək. Bu idman növlərinin keçirildiyi məkanlar digər yarışlar üçün hazırlanacaq. Bakıda bu gün külək gözlənilir. Bu da velosipedçilərə təsir edə bilər”.

O, Olimpiya stadionunda keçiriləcək atletikaya böyük maraq gözlədiyini söyləyib: “Olimpiya stadionunun 68 min yerlikdi. Sözsüz ki, bunun tam dolmasını gözləmirik. Ancaq marağın böyük olacağını düşünürük”.

Kleq bilet tapa bilməyən insanlara görə, təəssüfləndiyini vurğulayıb: “Bəzi insanlar bilet almaq istəyir, ala bilmir. Buna təəssüflənirəm. Amma mövcud biletlərdən də artığını sata bilmərik. Açıq havada olan yarışları insanlar sona qədər izləmirlər. Ora əlavə bilet sata bilmərik. Bəzi insanlar bileti ola-ola gəlmir. Amma bağlı məkanlarda böyük sayda tamaşaçı olur. Xüsusən də, güləş daha çox tamaşaçı cəlb edib. Ümumilikdə, Oyunlara  tamaşaçı marağından razıyıq. Bu, Azərbaycan üçün yenilik olduğundan, bilet alma mədəniyyəti də yavaş-yavaş formalaşır. Biletlərdən əldə olunan gəlir əsas komponent deyil. Çünki bu, təzə bazardı”.

Baş direktor sonda geridə qalan bir həftə ilə bağlı da təəssüratlarını bölüşüb: “İlk həftə ümid etdiyimizdən də yaxşı keçdi. Bu da son 30 ayda aparılan planlaşdırmanın bəhrəsidi. Belə nəhəng tədbirlərdə çətinliklər olur. Amma Azərbaycanın ev sahibliyi oyunlara müsbət ab-hava gətirir. Bu günə kimi, elə bir problemlə üzləşməmişik. Bunda Azərbaycan Milli Olimpiya Komitəsinin və idmançıların rolu böyükdü”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30