29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: “Həyatımın sonunadək Atletlər Kəndində yaşamaq istərdim”

“Bakı doğrudan da məftunedici şəhərdir. Həyatımın sonunadək Bakıda, Atletlər Kəndində yaşamaq istərdim. Burada hər şey xoşuma gəlir. Bizim otel, Atletlər Kəndi fantastik dərəcədə gözəldir”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri birinci Avropa Oyunları çərçivəsində kişilər arasında atıcılıq yarışında qalib gələn Rusiya idmançısı Aleksey Alipov Beynəlxalq İdman Atıcılığı Federasiyasının saytına müsahibəsində deyib.

2004-cü il Olimpiya Oyunları çempionu, 39 yaşlı idmançı Oyunların yüksək səviyyədə təşkil edildiyini bildirərək deyib: “Mən Olimpiya Oyunlarında mübarizə aparmışam. Bir qızıl və bir bürünc medalım var. “Bakı-2015” Olimpiya Oyunları səviyyəsində idman yarışıdır”.

A.Alipov qalib gəldiyi üçün özünü çox xoşbəxt hiss etdiyini vurğulayaraq bildirib: “Mən qalib gəldim və “Rio-2016”-ya vəsiqə qazandım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31