19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”də çempion olmaq istənilən idmançının arzusudur”

“Bu gün həyatımın ən xoşbəxt günlərindən biridir. Bakıda birinci Avropa Oyunlarının çempionu olmaq hər bir idmançının arzusudur. Bu gün, demək olar, hər şey yağ kimi getdi. Mən sadəcə əsaslı və yaxşı çıxış etməyə çalışdım və buna da nail oldum”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri birinci Avropa Oyunlarının güllə atıcılığı (tüfəng, uzanan vəziyyətdə) üzrə çempionu, Almaniya atleti Henri Yunqhaepel söyləyib. Almaniyalı atlet Bakıya səfəri, birinci Avropa Oyunları barədə təəssüratlarını bölüşərək deyib: “Bakıya, sürətlə inkişaf edən ölkənizə səfərim məndə çox güclü təəssüratlar oyadıb. Birinci Avropa Oyunlarının iştirakçıları Bakıda özlərini yaxşı hiss edirlər. Onlar Atletlər Kəndində səmərəli vaxt keçirirlər. Məsələn, Atletlər Kəndində idmançılar velosiped sürür, gəzintiyə çıxır, məşq edir və müxtəlif oyunlar oynayırlar. Hesab edirəm ki, birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün möhtəşəm hadisədir. “Bakı – 2015” fantastik təşkil edilib, hər şey idealdır. Heyrət içindəyəm. İnsanlar xeyirxah və gülərüzdürlər. Mənim üçün də elə bu vacibdir”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30