29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Güləşçimiz: “Erməni ilə qarşılaşmaq məsuliyyətdi”

“Hər bir azərbaycanlı idmançı kimi, mənim də arzum I Avropa Oyunlarında qızıl medal qazanmaq idi. Amma təəssüflər olsun ki, qızıl medal qazana bilmədim”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının üzvü Hacı Əliyev deyib.

I Avropa Oyunlarında 61 kq çəki dərəcəsində mübarizə aparan Əliyev bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi Recep Aktaş Minur üzərində qələbə qazanıb.

Əliyev yarımfinalda rusiyalı güləşçi Aleksandr Boqomoyevə məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, 2:5 hesabı ilə uduzduğu qarşılaşma zamanı gücdən düşüb.

Avropa və dünya çempionumuz qardaşı Yaşarla birgə erməni güləşçilərin kürəyini yerə vurmalarına da toxunub: “Gecə bilirdim ki, erməni güləşçi ilə qarşılaşacam. Qarşıma məqsəd qoymuşdum ki, bu görüşdə qalib gəlməliyəm. Şükürlər olsun ki, erməni güləşçini məğlub etdim. Sərbəst güləşdə mən və qardaşım erməni güləşçilərlə görüşdük. Düzdü, qardaşım erməni güləşçini məğlub etsə də, növbəti mərhələdə məğlub oldu. Əsas odu ki, vətənimdə erməni güləşçiyə qalib gəldim. Bu, böyük bir uğurdu. Kənardan asan görünsə də, erməni güləşçi ilə qarşılaşmaq məsuliyyətdi. Hamı səndən qələbə gözləyir, məğlub olmaq bir az çətindi”.

İdmançımız bürünc medalı ailəsinə və Azərbaycan xalqına həsr etdiyini əlavə edib.

Əliyev qeyd edib ki, qarşıdakı dünya çempionatında rusiyalı güləşçidən məğlubiyyətin əvəzini çıxacaq: “Mən rus güləşçiyə əvvəllər asanlıqla qalib gəlmişdim. Sadəcə, o bir oyun az keçirmişdi. Çalışacam dünya çempionatında bunun əvəzini çıxım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31