16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015”: “Dünən tamaşaçı sayında rekord vurulub”

“Dünən 13 idman növü üzrə oyunlar keçirildi. Böyük sayda tamaşaçı olub”. Futbolxeber.az-ın məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor dünənki yarışlarla bağlı məlumat verib: “32 mindən çox tamaşaçı 19 oyunu izləyib. Bu da ilk gündən bəri rekord göstəricidi. Xüsusilə gimnastika arenasında 4 yarış keçirilib. İlk dəfə beynəlxalq tədbir çərçivəsində bir idman növü üzrə 4 yarış keçirildi. Bu gün şosse velosipedi üzrə yarış olacaq. Açılış mərasimindən sonra Olimpiya stadionu yarışlar üçün tam hazırdı. 75 idmançı hazırda Mingəçevirdədi. 71 idmançı qızıl medal qazanıb. Bu gün 16 dəst medal oynanılacaq. Bakının ətrafında sınaqlar olacaq. Son iki gün ərzində tamaşaçı sayı artıb. Dünən özüm güləş yarışlarını seyr etmişdim. Ordakı ab-hava məni məmnun etmişdi. Yayım məsələləri bu Oyunların uğur hekayələrinin əsaslarından biridi. Biz yayım və marketinq işinə sıfırdan başlamışdıq. Fikrimcə, bu, uğurlu alınıb. Oyunlar Şimali, Cənubi Amerika, Çin, Yaponiya, Hindistanda belə, yayımlanır. Beynəlxalq İdman Yayımları şirkəti keçən ilin əvvəlində seçilib. Biz 7 illik işi 2 ilə gördük. Bu şirkət bir il ərzində yüksək yayım şirkəti qurub”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30