20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

İtaliya mətbuatı: “Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etmək potensialına malikdir”

İtaliya mediası Bakıda keçirilən ilk Avropa Oyunlarını geniş işıqlandırır. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu ölkənin www.italpress.com saytında verilən məqalədə Azərbaycanın idman infrastrukturunun yüksək səviyyədə olduğu qeyd edilir. Bildirilir ki, Bakı ilk Avropa Oyunları kimi mötəbər idman tədbirini uğurla təşkil edə bilən şəhər statusunu qazanıb: “Bu, Azərbaycanın Olimpiya Oyunlarına namizədlikdə mövqeyini möhkəmləndirəcək”.

Məqalədə İtaliya Futbol Federasiyasının prezidenti Luka Pankallinin də fikirlərinə yer verilib. L.Pankalli deyib: “Bakıda əhəmiyyətli idman infrastrukturu formalaşıb və Azərbaycan Olimpiya Oyunlarını keçirməyə qadir ölkələr sırasındadır”.

Daha bir İtaliya saytı (www.ilpost.it) isə yazır ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etmək şanslarını artırır: “İyunun 12-də start götürən və hazırda davam edən Oyunlar praktiki olaraq Olimpiya Oyunları səviyyəsində keçirilir. Sadəcə olaraq, bu, Avropanın olimpiadasıdır. İtaliya da daxil olmaqla Avropanın 50 ölkəsindən olan 6 min atlet Bakıda idman uğrunda mübarizə aparır. Hazırda liderlik siyahısında Rusiya, Azərbaycan və Macarıstan ilk pillələri bölüşür. İtaliya dörd gümüş, bir bürünc medalla hələlik 19-cu yerdədir. Avropa Oyunları da Olimpiya Oyunları kimi hər dörd ildən bir keçiriləcək və növbəti Oyunlar 2019-cu ildə baş tutacaq”.

Məqalədə qeyd olunur: “Müsəlman çoxluğuna malik olan bu ölkə Avropanın idman ailəsinə də inteqrasiyanı sürətləndirib. Bir çox şərhçilərin fikirlərinə görə, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan gələcəkdə Olimpiya Oyunlarını da keçirmək potensialına malikdir. Azərbaycan zəngin dövlətdir. Avropa Oyunları yüksək səviyyədə və əla idman obyektlərində keçirilir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30