20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Cəbrayıl Həsənov: “Ondan revanş almağı planlaşdırsam da, qismət olmadı”

"Çox çətin görüşlərim oldu. Finalda oynamağı düşünürdüm. Yarışın qalibi Aniuarla Geduevə keçən il uduzmuşdum. Ondan revanş almağı planlaşdırırdım. Ancaq qismət olmadı. Azərbaycanda çempion olmaq istəyirdim. Ümid edirəm ki, növbəti yarışlarda yaxşı nəticələr əldə edəcəyəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" Avropa Oyunlarında 74 kq çəki dərəsində sərbəst güləş üzrə yarışlarda bürünc mükafat qazanan idmançımız Cəbrayıl Həsənov jurnalistlərə deyib.

O bildirib ki, yarımfinalda uduzduğu türk idmançısı Soner Demiryaşa bundan əvvəl üç dəfə qalib gəlib: "Bir ay əvvəl dünya kubokunda onu məğlub etmişdim. Ancaq bu dəfə kiçik səhvlərə görə uduzdum. Səhvlərimdən nəticə çıxarmağa çalışacam".

C.Həsənov qarşıdan gələn dünya çempionatında olimpiadaya lisenziya qazanmağa çalışacağını söyləyib (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30