19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Toğrul Əsgərov: “Bir ildə özümü toparlamaq çətin oldu”

“Həqiqətən çox çətin oldu. İki ildən artıqdır ki, uğursuzluq yaşayırdım. Avropa və dünya çempionatlarında uğursuzluğa düçar oldum. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının üzvü Toğrul Əsgərov deyib.

I Avropa Oyunlarında 65 kq çəki dərəcəsində mübarizə aparan Əsgərov qızıl medal uğrunda görüşdə İtaliya təmsilçisi Frank Kamizo Marquesi məğlub edib.

Əsgərov bildirib ki, finaldakı rəqibi ilə ilk dəfə idi qarşılaşırdı: “Uduzanda reaksiya başqa olur, qalib gələndə reaksiyalar tamam başqa olur”.

Olimpiya çempionumuz qələbəni Azərbaycan dövlətinə həsr etdiyini əlavə edib: “Olimpiya Oyunlarında, dünya çempionatında qələbə qazanmağa mənim potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim yolum uzundu. İki il uğursuzluq oldu. Dizimdən əməliyyat olundum. Bir il döşəkdən kənarda qaldım. Bu bir ildə özümü toparlamaq çətin oldu. Hər şey yaxşıdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30