28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: “Bütün idmançılar Azərbaycandan razı gedəcəklər”

“Avropa Oyunlarının əla atmosferi var. Digər idman növlərində olduğu kimi, bizim yarışlar da gərgin keçdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında Bakı-2015 I Avropa Oyunlarının gümüş mükafatçısı Valentin Demyanenko deyib.

200 m məsafəyə kanoe yarışlarında ikinci olan idmançımız qazandığı nailiyyətlə bağlı danışıb.

O bildirib ki, turnirin səviyyəsinin yüksək olduğunu heç kim inkar edə bilməz: “Turnirin səviyyəsi həddindən artıq yüksəkdi. Təşkilatçılığa da söz ola bilməz. Düşünürəm ki, bütün idmançılar Azərbaycandan razı gedəcəklər. Digər idmançılar kimi, mən də Avropa Oyunlarının medalçısı olmaq istəyirdim. Qarşıma məqsəd qoymuşdum və buna çatdım. Daha yaxşı nəticəyə imza atmaq olardı. Amma turniri gümüş medalla bitirmək də pis nəticə deyil. Şadam ki, medalçıların sırasında yer alıram”.

Demyanenko I Avropa Oyunlarında medal qazanmasının özü üçün gözlənilməz olmadığını qeyd edib: “Ola bilər, avarçəkmə yarışında Azərbaycanın medal qazanacağını gözləmirdilər. Amma biz dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmişik və medallar qazanmışıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31