18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək bacarığına malikdi"

Fransanın “francsjeux.com” saytı Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Çinq Kuo Vunun Avropa Oyunları ilə bağlı müsahibəsini təqdim edib.

APA-nın xəbərinə görə, Çinq Kuo Vu müsahibəsində Azərbaycanda olmaqdan məmnunluq duyduğunu və boks yarışlarının Avropa Oyunlarında 10 çəki dərəcəsində kişilər və 5 çəki dərəcəsində qadınlar üzrə təmsil olunduğunu deyib: “Boks üçün Avropa Oyunları dünya təqvimində yeni səhifə açır. Bu oyunların Avropadan kənarda da böyük təsirləri var. Açılış mərasimi mənə çox böyük təsir bağışladı. Mən 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarından bu tərəfə heç bir oyunlardan kənarda qalmamışam. Belə hadisələri çox görmüşəm, amma Bakıda keçirilən açılış mənim ən çox bəyəndiyim açılışlardandır. Təşkilatçılar yüksək səviyyədə yeni texnologiyadan istifadə edərək Olimpiya ruhunu və Azərbaycan mədəniyyətini tamaşaçılara çatdırmağı bacardılar”.

O,  Azərbaycanın Yay Olimpiya Oyunlarını keçirməyə nə dərəcədə hazır olması məsələsinə də münasibət bildirib: “Bəli, onlar bunu etmək bacarığına malikdirlər. Bu oyunlarda təşkilatçılığın yüksək səviyyədə olması bu sualla bağlı şübhələri aradan qaldırır. Hər şey dəqiq planlaşdırılıb. Avropa Oyunlarından sonra Azərbaycan hər hansı mühüm hadisəni, xüsusilə Olimpiya Oyunlarını qəbul edə bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30