28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: Bədii gimnastlarımız 9-cu oldu

Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsinə start verilib.

Azərbaycanı təmsil edən qrup lentlərlə hərəkətdə təsnifat mərhələsini adlaya bilməyib. 16,700 xal toplayan komandamız 13 iştirakçı arasında 8-ci olub. Final mərhələsinə 6 yığma yüksəlib. Gürzlər və həlqələrlə hərəkətdə 15,450 xal toplayan təmsilçilərimiz 9-ci olaraq, finala çıxa bilməyib.

Heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış etdiyi yığmamız iki hərəkətin cəmində 32,150 xal qazanıb. Bununla da təmsilçilərimiz çoxnövçülük yarışlarında 9-cu olub. Avropa oyunlarının qalibi adına isə Rusiya yiyələnib - 35,300. İsrail təmsilçiləri 2-ci yerlə kifayətlənib - 35,050. Belarus yığması isə 34,850 xalla 3-cü pilləni tutub (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31