29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Takevandoçumuz: “Azarkeşlərin fəal dəstəyi ilə finala çıxmaq istəyirəm”

“İlk görüşümü ötən il Avropa çempionatının gümüş mükafatçısı olan idmançıya qarşı keçirdim və qalib gəldim. Növbəti qarşılaşmada ispaniyalı atlet, London Olimpiadasının qalibi, Avropa və dünya çempionu Joel Bonilla Qonzalez ilə üz-üzə gələcəyəm. Düşünürəm ki, çətin və gərgin döyüş olacaq. Amma doğma Vətənimdəyəm və əlimdən gələni edib azarkeşlərin köməyi ilə finala çıxmaq istəyirəm. Ona görə azarkeşlərin dəstəyini gözləyirəm. Rəqibimin güclü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağam”. Futbolxeber.az-ın məlumatına görə, bu “Azərtac”a müsahibəsində kişilər arasında taekvondo yarışında 1/4 final mərhələsinə yüksələn Ayxan Tağızadə (-68 kq) deyib.

İdmançımız yarımfinala adlamaq istədiyini bildirib: “Əgər ispaniyalı rəqibimi məğlub etsəm, növbəti görüşümdə rusiyalı idmançı ilə revanş döyüşünə çıxacağam. Çünki rusiyalı rəqibimə dünya çempionatında uduzmuşdum. Ona görə rusiyalı rəqibimdən revanş almağa çalışacağam".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31