29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: İradə Aşumova ilk dəfə oğlu ilə birgə yarışacaq

Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Futbolxeber.az-ın məlumatına görə, Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) Dünya Çempionatlarının  gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.

Lakin Bakı 2015 İradə Aşumova üçün yeni təcrübədir. O, 3 növ üzrə yarışacaq: qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş, 25 metrdən tapança ilə atəş və qarışıq yarışda 10 metrdən hava tapançası ilə atəş. Qarışıq yarışda İradə Aşumova oğlu Ruslan Lunyev ilə birlikdə Azərbaycan adına mübarizə aparacaq. Bu, onların birlikdə ilk yarışıdır: “Buna görə ailəlikcə həyacanlıyıq. Ruslanın atası Vladimir Lunyev bizim məşqçimizdir. O, Ruslanın yaxşı formada olduğunu deyir və ona inanır. Ruslan haqqında "bəxti gətirməyən" demək olar. Çünki əvvəlki yarışlarda o, cəmi 1 xalla məğlub olaraq medalsız qalıb”.

"İlk dəfədir ki, anamla yarışacağıma görə narahatam. Həm də ailəm mənim uğur qazanmağımı istəyir. Buna görə məsuliyyət hiss edirəm", - deyə Ruslan Lunyev qeyd edib.

Kişilər arasında 10 metrdən hava tapançası ilə atəş yarışı üzrə Avropa reytinqində 25-ci yerdə olan Ruslan medal qazanmaq üçün əlindən gələni edəcəyinə söz verib (baku2015.com).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31