19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Leyla Əliyeva “Bakı-2015” çərçivəsində uşaqlar üçün şənlikdə iştirak edib

İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Azərtac xəbər verir ki, şənlikdə iştirak edən uşaqlar “Bakı-2015” ilk Avropa Oyunlarının ovqatını hiss ediblər, balacalara xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm sürən xüsusi ab-havaya əlavə rəng qatıblar. Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu şənliyə gəlişi isə uşaqların sevincini ikiqat artırıb. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak ediblər.

Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb.

Tədbirdə balacalar üçün yaradılan əsl bayram ab-havası uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Balacalar müxtəlif rəqslər ifa etdilər, yalnız uşaqlığa xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşüblər. Bu təbəssümü isə onlara Heydər Əliyev Fondu bəxş edib.

Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlməyib. Hər uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Bu hədiyyələr arasında birinci Avropa Oyunlarının suvenirləri də olub. Leyla Əliyeva onun ətrafında toplaşan uşaqlarla birlikdə rəqs etdi, söhbətləşdi, onlarla fotolar çəkdirib.

Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi olub. “Bakı-2015”-in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak ediblər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirilib. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə mükafatlandırılıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30