19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Bakı-2015": Taekvandoçumuz bürünc medal qazandı (Yenilənib)

Bakı-2015 I Avropa Oyunlarında bu gün takevando yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk gündə 2 çəki dərəcəsində qaliblər müəyyənləşib və hər iki çəkidə Azərbaycan idmançısı mübarizə aparıb.

Qadınlar

49 kq

Bu çəkidə ölkəmizi Patimat Abakarova təmsil edir. 1/8 finalda təmsilçimiz rusiyalı Aleksandra Lyuçagina ilə üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finala adlayıb. Bu mərhələdə Abakarovanın rəqibi yunan idmançı olub. Rəqibini 4:2 hesabı ilə məğlub edən idmançımız yarımfinala yüksəlib. Finala gedən yolda Abakarova serbiyalı idmançı ilə üz-üzə gəlib. Bu dəfə Abakarova rəqibinə 6:7 hesabı ilə uduzaraq, tinaldan kənarda qalıb. Patimat Abakarova bürünc medal uğrunda döyüşüb. Üçüncülük uğrunda həlledici döyüşdə qələbə qazanan Abakarova bürünc medala sahib çıxıb. 

Kişilər

58 kq

Kişilərin yarışında isə ölkəmizi ilk öncə Məhəmməd Məmmədov təmsil edəcək. İdmançımız 1/8 finalda israilli Gili Haimovitzlə üz-üzə gəlib və 7:4 hesablı qələbə qazanıb. 1/4 finalda Məmmədovun rəqibi ispan Kabrera Tortosa olub. Məmmədov uğurun ardını gətirə bilməyib və rəqibinə uduzub. 

İspan taekvandoçu finala adladığından Məhəmməd Məmmədov bürünc medal qazanmaq şansını saxlayır. Bunun üçün o, 2 döyüşdə qalib gəlməlidir. Təmsilçimiz ilk öncə belaruslu, qalib gələcəyi halda isə həlledici döyüşdə belçikalı idmançı ilə qarşılaşacaq. 

Məhəmməd Məmmədov artıq ilk təsəlliverici döyüşünü keçirib. Təmsilçimiz İllia Kokshyntsaunu 15:3 hesabı ilə darmadğın edib. Bürünc medal uğrunda son görüşdə idmançımız belçikalı Si Mohamed Ketbi ilə qarşılaşıb. Təəssüf ki, bu dəfə Məmmədov uduzaraq, beşinci yerlə kifayətlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30