28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

"Bakı-2015": Azərbaycan güləşdə növbəti qızıl medalı qazandı (Yenilənib)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləş yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, sərbəts güləşdə qadınlar arasında 53, və kq çəki dərəcəsində qaliblər müəyyənləşir. Hər 4 çəkidə təmsilçimiz mübarizə aparır.

53 kq

Bu çəkidə ölkəmizi Anjela Doroqan təmsil edir. İlk mərhələdən azad olan güləşçimiz 1/8 finalda türkiyəli güləşçi ilə üz-üzə gəlib və rəqibini məğlub edib. 1/4 finalda macar rəqibini də üstələyən idmançımız yarımfinala yüksəlib. Finala gedən yolda Doroqan moldovalı güləşçi ilə üz-üzə gəlib. Vaxtından əvvəl moldovalını məğlub edən güləşçimiz adını finala yazdırıb. Həlledici qarşılaşamda əzmkar qələbə qazanan güləşçimiz Azərbaycana oyunlarda növbəti qızıl medalı qazandırıb.  

58 kq

Təmsilçimiz İrina Netreba mübarizəyə 1/8 finaldan qoşulacaq. Güləşçimizin ilk rəqibi italiyalı Karola Raneiro olub. Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala adlayıb. Burada Netreba bolqar güləşçi ilə qarşılaşıb. Ardıcıl ikinci qələbəsini qazanan güləşçimiz yarımfinala adlayıb. Netreba yarımfinalda macar güləşçi ilə qarşılaşıb. Lakin Netreba finala adlaya bilməyib. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. Burada da uğursuzluğa düçar olan Netreba medal qazana bilməyib.  

63 kq

Bu çəkidə mübarizə aparan Elmira Qəmbərova yarışa 1/8 finaldan start verib. Güləşçimiz bu mərhələdə isveçli Henna Yohanssona uduzub. 

75 kq

Ən ağır çəkidəki güləşçimiz Gözəl Zutova da mübarizəyə 1/8 finaldan başlayıb. 1/4 finala gedən yolda Zutova ukraynalı Oksana Vaşuka uduzub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31