28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

“Associated Press”: “İki qohum idmançı Böyük Britaniyada və Azərbaycanda tam fərqli tale yaşayır”

“Associated Press” agentliyinin əməkdaşı Ceyms Ellinqvörs Azərbaycan güləşçisi Mariya Stadnikin “Bakı-2015” birinci Avropa Oyunlarında qələbəsi və onun Böyük Britaniya güləş komandasını təmsil edən baldızı Yana Rattiqanın acınacaqlı durumu haqqında məqalə yazıb.

Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yazıda Mariya Stadnikin uğurlu, Yana Rattiqanın faciəvi hekayəsindən bəhs olunur.

Müəllifin sözlərinə görə, əslən ukraynalı hər iki qadın peşəkar güləşçi olmalarına baxmayaraq, onların “Bakı-2015” birinci Avropa oyunlarında iştirak təcrübələri tamamilə fərqlidir.

“Mariya Stadnik güləşə xüsusi qayğı göstərən Azərbaycanda yüksək səviyyəli idman obyektlərində məşq etdiyi halda, Britaniya vətəndaşlığını alan Yana Rattiqan, eyni zamanda, bir neçə işdə çalışaraq, güləş karyerasını qorumağa çalışır. 2012-ci il London Olimpiya Oyunlarından sonra Böyük Britaniya hökuməti güləş üçün ayrılan vəsaiti dayandırıb. Y.Rattiqan oyunlara fiziki baxımdan yorğun və diz zədəsi ilə gəlmiş, ona görə də elə birinci raundda məğlub olmuşdu,” – deyə müəllif qeyd edir.

Məqalədə Y.Rattiqanın “Associated Press” agentliyinin müxbirinə verdiyi müsahibə də yer alıb: “Mənim gündəlik işim səhər 4.30-da başlayır və axşam 23:00-a qədər davam edir. Bütün günü bu işin, o işin dalınca qaçıram. Birinci Avropa Oyunları mənim üçün əsl istirahətdir”.

Müəllif yazır ki, əgər Y.Rattiqan Bakıda olmasaydı, o, indi London küçələrində ətir satardı.

Yazıda qeyd olunur ki, Böyük Britaniyanın dövlət agentliyi “UK Sport” London Olimpiadasında iştirak etməsi üçün güclü komanda hazırlamaq məqsədilə pul ayırıb, amma sərt maliyyə tədbirləri nəticəsində güləşə və idmanın digər növlərinə ayrılan pulları kəsib.

Xatırlatmaq istərdik ki, Britaniyanın London Olimpiadasına ayırdığı vəsait real rəqəmi üç dəfə aşaraq, 18 milyard funt sterlinqdən artıq olmuşdu.

Məqalədə vurğulanır ki, Y.Rattiqan Böyük Britaniya vətəndaşı Leon Rattiqan ilə evlənərək Britaniyaya getmişdi və orada uğurlu güləş karyerası ilə məşğul olacağını düşünürdü.

Y.Rattiqandan fərqli olaraq, hər cür dövlət qayğısı ilə əhatə olunan Mariya Stadnik “Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazandıqdan sonra xoşbəxtlikdən göyün yeddinci qatında olduğunu deyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan qızıl medalı qəbul edən Y.Stadnik fəxarət hissi ilə Azərbaycanın dövlət himnini oxuyub.

Bütün günü ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olan Y.Rattiqan isə güləş və daha geniş mənada idman vasitəsilə Britaniya gənclərini problemlərdən və digər neqativ fəaliyyətlərdən uzaqlaşdırmağa kömək etmək barədə düşünür. O deyir: “Bu uşaqların əksəriyyəti aztəminatlı ailələrdəndir. Əgər hər hansı gənc dünya çempionatında qalib gəlirsə, bu nəticə etibarilə uşaqları zərərli fəaliyyətdən, cinayətdən uzaqlaşdırır”.

Britaniya bir əsr bundan əvvəl güləş üzrə aparıcı dövlətlərdən biri idi. Amma ölkə güləşdə sonuncu Olimpiya medalını 1984-cü ildə qazanıb. Y.Rattiqan müxtəlif xeyriyyəçilərin dəstəyi ilə Britaniyada gənclər arasında güləşin inkişafına nail olmağa ümid edir.

Avropa ölkələri, o cümlədən Böyük Britaniya tərəfindən idmana lazımınca qayğı göstərilməməsinin nəticəsidir ki, gənclər arasında narkomaniya, cinayətkarlıq, alkoqolizm, radikallıq, islamofobiya, anti-semitizm və digər meyllər güclənir. BMT tərəfindən də təşviq olunan idman hər bir cəmiyyətdə bu kimi neqativ meyllərin kütləvi şəkildə aradan qaldırılmasına xidmət edən ən güclü vasitələrdən biridir.

Əminliklə deyə bilərik ki, “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycan cəmiyyəti, xüsusilə gənclərin inkişafında yeni imkanlar açacaq və idmançıların yeni nəslinin yetişməsinə təkan verəcək.

“Bakı-2015” birinci Avropa Oyunları, eləcə də bütün Avropa miqyasında artmaqda olan neqativ meyllərin qarşısının alınması üçün çox vacib platformadır. Təəssüflər olsun ki, geosiyasi ambisiyalarına görə yüz ildən artıq dövr ərzində Avropa Oyunlarını keçirə bilməyən və Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparan bəzi qərb ölkələri, o cümlədən Böyük Britaniya bunu başa düşmək və ya qəbul etmək istəmir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31