28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

II Avropa Oyunları Türkiyədə keçirilə bilər

2019-cu ildə Türkiyə Avropa Oyunlarına ev sahibliyi edə bilər. APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiyada Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.

O, Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümidvar olduğunu bildirib: “Tək İstanbul deyil, Mərsin və Antalyada da hazır təsisatlarımız var. Türkiyə istəsə, Avropa oyunlarını ən aşağı maliyyə ilə həyata keçirə bilər. Lakin son qərar siyasətçilərindir”.

Bakıda Avropa oyunlarının keçirilməsinin ən mükəmməl şəkildə həyata keçirildiyini deyən Hasan Arat bu oyunların illər keçdikcə daha böyük önəm kəsb edəcəyinə inandığını bildirib.

Qeyd edək ki, 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının Hollandiyada keçirilməsi nəzərdə tutulsa da, "Zanbaqlar ölkəsi" bir müddət əvvəl bundan imtina edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31