29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

“Bakı-2015”: “Bağlanış mərasiminə bilet qalmayıb”

 “Dünən gözəl gün oldu. 30 minə yaxın tamaşaçımız oldu. Oyunlara 7 məkanda seyr edildi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün keçirilən mətbuat konfransında azarkeş sayının hər gün artdığını bildirən Kleqin sözlərinə görə, Avropa Oyunları tamaşaçı baxımından yüksək göstəricilərə malikdi: “Dünən orta hesabla tamaşaçı sayı 84 faizə yaxın idi. 6 yarışı 100 faiz tamaşaçı seyr edib. Yeni yarışlar üçün məkanların qurulması prosesi başa çatıb. Dünən əlavə 13 min 500 bilet satmışıq. Son üç gündə 37 min 500-dən çox bilet satılıb. Bağlanış mərasiminə 48 min bilet satılıb. Bağlanışa artıq bilet qalmayıb. Dünən daha çox idmançı ölkəni tərk edib, nəinki gəlib. Bu gün 11 müxtəlif idman növü üzrə yarışlar olacaq. Bəzilərində son gündü. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və onun həmkarları hazırda Mingəçevirdədilər, mükafatlandırma mərasimində iştirak edəcəklər”.

Kleq karatenin Olimpiya Oyunlarına daxil edilməsini arzuladığını bir daha vurğulayıb: “Bir çox idman növləri Olimpiya Hərəkatına üzv olmağa çalışır. Mən tam əminəm ki, burda bu idman növünün çox gözəl nümayişi olur. Karatenin Olimpiya Hərəkatına qatılması baxımından bu yarış önəmli addım olacaq”.

Yayım məsələsinə yenidən toxunan baş direktor işləri sıfırdan başladıqlarını söyləyib: “Əvvəldən bu Oyunlar keçirilməyib. Sıfırdan başlayıb, dünyanın bir çox ölkəsindən televiziyalar cəlb etmişik. Son 15 ay ərzində mümkün qədər geniş yayımı təşkil etməyə çalışmışıq. İki gündən sonrakı mətbuat konfransına səlahiyyətli şəxsləri dəvət edəcəm, yayımla bağlı bütün suallarınız həmin vaxt ətraflı cavablandırılacaq. 5-6 gün əvvəl də beynəlxalq yayım mərkəzinə getmişəm, ordakı şəraitlə tanış olmuşam”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31