Digər idman növləri
Millət vəkili: “Həsən Əliyev bizim uduzduğumuzdan daha çoxmu şey uduzub?”
Millət vəkili Fazil Mustafa “Bakı-2015”də güləş yarışında erməni rəqibinə uduzan Həsən Əliyevə dəstək olub. Futbolxeber.az-ın məlumatına görə, millət vəkili bununla bağlı sosial şəbəkədə aşağıdakıları yazıb:
- Belə bir axmaq müzakirəni dünyanın hansı ölkəsində gündəmə gətirsən, ağlı başında olan hər kəs gülüb keçər. Ümumiyyətlə, idmanda konkret şəraitdə daha güclü olan qalib gəlir və burada qəribə heç bir şey yoxdur. Ermənistan idmançılarına qarşı idman yarışlarında qələbə qazanmağa gəldikdə isə, bu hamımız üçün epizodik bir sevinc bəxş edir, vəssalam. Bununla nə Qarabağ qaytarılır, nə digər ərazilərdən erməni qoşunları çıxır, nə də ki, erməni xalqı sınaraq qarşımızda diz çökür. Ölkədə nədən belə süni patriotik hava yaradılıb və idmançıları da bunun girovuna çeviriblər, anlamaq mümkün deyil. Erməniyə də, rusa da, almana da qalib gəlmək, qızıl medal qazanmaq əladır, idmançılarımız finalda uduzursa, başqa medallardan da məmnun qalırıq. Axı hər bir idmançının ayrı-ayrı oyunlarda həm də uduzmaq risqi var. Axı digər tərəf də idmançıdır, onların da gücü, ağlı, taktikası var. Düşüblər Həsən Əliyevin üzərinə ki, niyə erməniyə uduzmusan. Həsən Əliyevi yaxından tanımıram, adını da bu yarışdan ilk dəfədir ki, duyuram. Anladığım gerçəklik budur ki, o halda gərək hər bir azərbaycanlı küçədə digərini görəndə yaxınlaşıb üzünə sillə ilişdirməlidir ki, niyə Qarabağı uduzmusan? Bu binəva Həsən Əliyev bizim uduzduğumuzdan daha çoxmu şey uduzub? Yenə onun imkanı var ki, hansısa yarışda revanş götürüb uduzduğunun əvəzini qaytarsın, biz hamımız bir millət olaraq uduzduğumuz Vətən torpağı qədər əvəzolunmaz bir dəyəri qaytarmağa nə qədər iradə sahibiyik ki, bir idmançımızın üzərinə yürüyüb linç etməklə məşğuluq? İdman yarışını yalançı vətənşivənlər ölüm-dirim savaşına çevirməklə, gələcəkdə az-çox perspektivi olan idmançılarımızı da mənəvi cəhətdən iflic edərək bu minvalla sıradan çıxarırlar. O zaman Teymur Rəcəbovu Bakıya buraxmayın ki, niyə filan vaxt Aroyana uduzmusan? "Neftçi"nin keçmiş oyunçularına salam verməyin ki, niyə filan vaxt "Ararat"a uduzmusan? İdman yarışlarına bu anormal baxışı dəyişməliyik. Mən əminəm ki, Həsən Əliyev bu səviyyəsiz qınaqlar qarşısında əsl türk xarakteri göstərərək sınmayacaq və elə böyük qələbələrə imza atacaq ki, onu aşağılayan bütün yalançı vətənşivənlər bu günki davranışlarına görə mütləq utanacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb