23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015”: Boksçularımın rəqibləri məlum oldu

“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, yarışın ilk iki günündə - iyunun 16-da və 17-də Azərbaycan idmançıları rinqə çıxmayacaqlar. İyunun 18-də iki boksçumuz mübarizəyə başlayacaq. Belə ki, 64 kiloqram çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Seydinoviçi məğlub etməyə çalışacaq.

Bu dəfə 81 kiloqram çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə 1/16 finalda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşacaq.

Salman Əlizadə (49 kq) yarışa dörddəbir final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Brendan İrvin (İrlandiya) - Tinko Banabakov (Bolqarıstan) qarşılaşmasının qalibi olacaq. S.Əlizadə apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində məhz T.Banabakova uduzmuşdu.

Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq) səkkizdəbir finalda irlandiyalı Mayles Kasey və ya belaruslu İvan Fiqurenka ilə görüşəcək.

Tayfur Əliyev (56 kq) də yarışa səkkizdəbir final mərhələsindən qoşulacaq. Gənc boksçumuz Nikolae Andreiana (Rumıniya)–Dieqo Ferrer Pereyra (İspaniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov (60 kq) səkkizdəbir finalda Artyom Ramlavs (Latviya)-Otar Eranosyan (Gürcüstan) qarşılaşmasının qalibi ilə döyüşəcək.

Pərviz Bağırov da (69 kq) yarışa səkkizdəbir final mərhələsindən qatılacaq. Milli komandamızın üzvü Anas Messaoudi (Belçika)-Vasili Belous (Moldova) görüşünün qalibi ilə qarşılaşacaq.

Xaybulla Musalov (75 kq) isə səkkizdəbir finalda Kristia Mbilli Assomo-Hallier (Fransa) ilə Viktor Karapçevşi (Moldova) arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

Milli komandamızın yeni üzvlərindən Abdulqadir Abdullayev (91 kq) səkkizdəbir finalda Adam Hamori (Macarıstan)-Erik Tlkanek (Slovakiya) görüşündə qalib gələn boksçunu sınağa çəkəcək.

Medal qazanmaq şansı yüksək qiymətləndirilən əsas idmançılarımızdan olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov səkkizdəbir finalda mübarizəyə qoşulacaq. Komandamızın kapitanı Vladislav Sirenko (Ukrayna) - Mixail Baxtidze (Gürcüstan) görüşünün qalibi ilə qarşılaşacaq.

Qadın boksçularımızın da rəqibləri artıq müəyyənləşib. Anaxanım Ağayeva (51 kq) səkkizdəbir finalda polşalı Sandra Drabik, Anna Əlimərdanova (54 kq) dörddəbir finalda bolqarıstanlı Stanimira Petrova ilə yarışacaq. Səkkizdəbir finalda Yana Alekseyeva (60 kq) finlandiyalı Mira Potkonen, Leyla Cavadova (75 kq) rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq. Dörddəbir finalda isə Yelena Vıstropova (64 kq) Sandi Ryan (Böyük Britaniya)–Sindi Rogge (Almaniya) görüşünün qalibi ilə rinqə çıxacaq ("Azərtac").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30