19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

“Bakı-2015”: İki avarçəkənimiz finalda

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında 200 metr məsafəyə yarışlara start verilib. Futbolxeber.az-ın məlumatına görə, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 növ üzrə yarışda ilkin və yarımfinal mərhələləri keçirilib.

Həm qadınlar, həm kişilər tək və cütlüklərin kayak yarışlarında finalçıları müəyyənləşdiriblər. Həmçinin, kişilərin tək kanoelərdə mübarizəsində də həlledici mərhələyə vəsiqələrin sahibləri bəlli olub.

Azərbaycan avarçəkmə yığmasının əsas medal ümidi Valentin Demyanenko kanoeçilərin yarışında qüvvəsini sınayıb. O, ilkin mərhələdə  38,978 saniyə nəticə göstərərək, 1-ci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.

Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 5-ci olmaqla, yarımfinala yüksəlib. İnna bu mərhələdə bütün rəqiblərini qabaqlayaraq, 2-ci yürüşün ən yaxşısı olub. O, 40,163 saniyəlik nəticə ilə finala vəsiqə qazanıb.

Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edib. O, ilkin mərhələdə 36,298 saniyə nəticə ilə 7-ci olub. Yarımfinalda mərhələni 36,104 saniyə ilə başa vuran Cavadov 2-ci yürüşdə də 7-ci olub. Təmsilçimiz sabah keçiriləcək həlledici yürüşlərdə B finalında çıxış etmək imkanı qazanıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30