20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Nazir: “Bu qədər qızıl medal gözləmirdik”

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevin iştirak etdiyi görüşə yarışın III günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar qatılıblar.

MOK rəsmiləri qızıl mükafatçılar Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq) və Ayxan Mamayev (karatenin kumite növü, 84 kq), İrina Zaretska (karatenin kumite növü, 68 kq), həmçinin bürünc mükafatçılar Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq) və Rostislav Pevtsovu (triatlon) mükafatlandırıblar. Yalnız gümüş medal qazanan Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) tədbirə qatılmayıb.

Öncə çıxış edən Çingiz Hüseynzadə mükafatçıları təbrik edib və ardından sözü Azad Rəhimova verib.

Nazir açıqlamasında Azərbaycan idmançılarının indiyə qədərki nəticəsindən məmnun qaldığını bildirib: “Qürur hisslərimi sizinlə bölüşürəm. Şadam ki, idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Açığı, biz bu qədər qızıl medal gözləmirdik. Triatlon yarışını qeyd etmək istərdim. Bu idman növü bizdə o qədər də populyar deyil. Buna baxmayaraq, idmançımızın bürünc medal qazanması sevindirici haldı. Hazırda komanda hesabında birinci yerdəyik. Düzdü, gələcəkdə lider dəyişə bilər. Amma artıq 3 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdi. Yüksək vəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Onların bu cür açıqlamalarına sevinirik. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidi, böyük tədbirlər qəbul etməyə hazırdı. İdmançılarımızdan bu gün və sabah da medallar gözləyirik. Komanda bir ürək kimi döyünür. Medalçılarımızı bir daha təbrik edirəm, qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram”.

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub. Həmçinin medalçıların şərəfinə tort kəsilib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30