19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Erməni güləşçi: "Azərbaycanlılara təşəkkür edirəm"

Erməni güləşçi Miqran Arutyunyan (66kq) "Bakı-2015"in finalında rus güləşçi Artyom Surkova məğlubiyyətdən sonra təəssüratlarını bölüşüb. “Sportbox”un məlumatına görə, güləşçi bildirib ki, final oyunu ağır keçib: "Mən psixoloji olaraq final qarşılaşmasına hazır idim. Ancaq final döyüşü mənim üçün ən ağır döyüş olmadı. Ən ağır döyüşüm azərbaycanlı Həsən Əliyev və serb Maksimoviçə qarşı olan döyüşlər idi. Onların hər ikisi çox güclü döyüşçülərdir".

Erməni idmançı bildirib ki, "Bakı-2015" haqda təəssüratları çox yaxşıdır: “Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm”.

Qeyd edək ki, Miqran Arutyunyan "Bakı-2015"də gümüş medal qazanıb.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30