28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Patrik Hikki: “Qonaqpərvərlik inanılmazdı”

“Beynəlxalq Olimpiya Komitəsinin bir çox prezidentləri, o cümlədən Samaranç, Roq və Bax hər zaman qeyd ediblər ki, Oyunların uğurlu keçməsinin ən vacib hissəsi ev sahibliyi edən ölkənin Oyunlara uğurla başlamasıdı və həqiqətən də dünən siz medal sayına görə çox uğurlu çıxış etdiniz”. APA-nın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 14-də Azərbaycan prezidenti İlham Əliyev və Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda çıxışı zamanı deyib.

“Azərbaycanın uğuru ilə bağlı digər bir məsələyə toxunmaq istərdim - bu gün heyrətamiz bir iş baş verib. Azərbaycan triatlon idman növündə bürünc medal qazanıb. Bu salonda toplaşanların diqqətinə çatdırmaq istərdim ki, bir il öncə belə bir idman növü Azərbaycanda mövcud deyildi. Bir il ərzində medal qazanacaq idmançıların hazırlanması məharət, tərəqqi və təlim üçün şəraitin yüksək olmasının göstəricisidi”, deyə P.Hikki bildirib.

Onun sözlərinə görə, bu, həqiqətən də böyük nailiyyətdi: “Sizə və birinci xanıma, ölkənizin bütün vətəndaşlarına, bu işlərə cəlb edilən bütün insanlara bizə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən qonaqpərvərlik inanılmazdır. Son bir neçə gündür ki, həmkarlarımı dinləyirəm və onlardan eşidirəm ki, getdikləri bütün idman məkanları valehedicidir. Cənab Prezident, Sizə və birinci xanıma bu tarixi Avropa Oyunları münasibətilə xatirə hədiyyəsi təqdim etmək istəyirəm”.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31