25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Çempionumuz: “Qələbəni anama həsr edirəm”

“Qarşıma çempion olmağı məqsəd qoymuşdum. Şükürlər olsun ki, qızıl medalı qazandım. Rəqiblərimin bir-ikisi ilə qarşılaşmışdım. Ən çətin görüşlərim gürcü və rus güləşçilərlə oldu. Gürcüstan güləşçisi ilə keçən il dünya çempionatında görüşmüşdüm. Rus idmançı ilə isə ilk dəfə idi qarşılaşırdım. Finalda qızılı əldən verməyi fikirləşmirdim”. Futbolxeber.az-ın məlumatına görə, bunu yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elvin Mürsəliyev deyib.

I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində mübarizə aparan Mürsəliyev qızıl medal uğrunda görüşdə Serbiya təmsilçisi Viktor Nemes üzərində qələbə qazanıb. E. Mürsəliyev qələbəni anasına həsr etdiyini bildirib: “Qələbəni anama həsr edirəm. Hər bir idmançının arzusu I Avropa Oyunlarında medal qazanmaqdı. Mən də qızıl medalı qazanmaqla adımı Azərbaycan tarixinə yazdım”.

İdmançımız dövlət başçısı İlham Əliyevə də təşəkkür edib: “Cənab prezidentin bizə göstərdiyi diqqət və qayğı göz önündədi. Dövlət başçısına öz təşəkkürümü bildirirəm. Tamaşaçılar da sağ olsunlar ki, gəlib sona qədər bizə dəstək verdilər. Bu qızıl medalı onlara hədiyyə edirəm”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30