16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

"Bakı-2015": Güləşçilərimiz günü 3 medalla başa vurdular (Yenilənib)

Bu gün “Bakı-2015”də yunan-Roma güləş yarışlarına yekun vurulacaq. Futbolxeber.az-ınb məlumatına görə, ikinci yarış günündə daha 4 çəkidə - 66, 75, 85 və 130 kq-da qaliblər müəyyənləşəcək.

66 kq

Dünya və Avropa çempionumuz Həsən Əliyev ilk görüşündə gürcüstanlı Saçino Davitaynı məğlub edib. 1/8 finalda xorvat rəqibini üstələyən Həsən Əliyev 1/4 finala yüksəlib. Təmsilçimiz bu mərhələdə bellaruslu idmançı ilə yarışıb. Ardıcıl 2 qələbədən sonra təmsilçimiz yarımfinala adlayıb. Burada o, erməni idmançı ilə qarşılaşıb. Həsən Əliyev rəqibinə uduzaraq, finaldan kənarda qalıb. Bürünc medal uğrunda görüşdə serbiyalı rəqibini üstələyən Əliyev, ölkəmizə I Avropa Oyunlarında 11-ci medalı qazandıb. 

75 kq

Elvin Mürsəliyev ilk mərhələ slovakiyalı Riçard Riqo ilə üz-üzə gəlib və rəqbini üstələyib. 1/8 finalda rəmsilçimiz rumınuyalı İonel Puskaku ilə üz-üzə gəlib və onu da məğlub edərək, 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda Mürsəliyev rusiyalı rəqibini də üstələyərək, adını ən güclü 4 idmançı arasına yazdıra bilib. Yarımfinalda gürcü rəqibinə üstələyən təmsilçimiz finala adlayıb. Həlledici görüşdə Elvin Mürsəliyevin rəqibi serbiyalı idmançı olub. Bu görüşdə də qələbə qazanan Mürsəliyev Azərbaycana növbəti qızıl medalı qazandırıb.

85 kq

Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi ilə görüşüb. Təmsilçimiz çətinlik çəkmədən qələbə qazanıb. Növbəti mərhələdə güləşçimiz erməni rəqibinə uduzub.

130 kq

Sabah Şəriəti 1/8 finalda ukraynalı Mikola Kuçminə məğlub edib. 1/4 finalda təmsilçimiz gürcü idmançı ilə üz-üzə gəlib və 5:2 hesablı qələbə qazanıb. Yarımfinalda isə Şəriəti belaruslu rəqibini də üstələyərək finala adlayıb. Burada təmsilçimiz türkiyəli idmançı ilə üz-üzə gəlsə də, qələbə qazana bilməyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30