20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Çempionumuz: “Öncədən demişdim ki, bu yarışda qızıl medal qazansam...”

“Mən öncədən demişdim ki, bu yarışda qızıl medal qazansam, fəxri kürsüyə çıxacam və himnimizi oxuyacam. Bu da oldu, Azərbaycan himini oxudum və bununla fəxr hissi duyuram”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına Bakı-2015 I Avropa Oyunlarında Azərbaycan millisinin aktivinə növbəti qızıl medal yazdıran İrina Zaretska deyib.

Qadın karateçilər arasında 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan 19 yaşlı idmançı hisslərini bu fikirlərlə bölüşüb: “Ən güclü rəqibim finalda avstriyalı idmançı oldu. O, bu il Avropa çempionu olmuşdu. Bundan əvvəlki oyunlarda həmin idmançıya 0:4 hesabı ilə uduzmuşdum. Biləndə ki, mənim rəqibim finalda həmin adam olacaq, ciddi hazırlaşdım ki, onu məğlub edim. Həmişəki səhvlərimi təkrar etməməyə çalışdım ki, ikinci olmayım. Məşqçimin dediyi kimi, oyun oynayırsansa, özünü göstərməyi bacarmalısan. Finalda isə itirilən bütün xallarımı qaytardım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30