25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Bakı-2015: Avarçəkənlərimiz finala yüksəldilər

Bu gün Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ingəçevirdə keçirilən yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər baş tutub.

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfərin iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz bu mərhələdə 5-ci olub - 3.48,150. Matviyçuk ilk “üçlüy”ə düşə bilmədiyindən mübarizəni finalın 1 addımlığında dayandırıb.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə 4 yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizə aparıb. O, məsafəni 3 dəqiqə 58,144 saniyəyə qət edib. Təmsilçimiz çıxış etdiyi yürüşü 8 idmançı arasında 8-ci başa vuraraq, yarımfinala yüksələ bilməyib.

Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin 2-ci yürüşdə 7-ci zolaqda mübarizə aparıb. Məsafəni 3 dəqiqə 46,744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksəlib. Onlar bu mərhələdə uğurla çıxış edib, 2-ci pilləni tutublar - 3.29,489. Bununla da finala vəsiqə qazanan kanoeçilərimiz sabah saat 10:50-də keçiriləcək həlledici yürüşdə çıxış edəcək. Təmsilçilərimiz 9 cütlüyün yarışında 1-ci zolaqda mübarizə aparacaq.

Millimizin daha bir üzvü İnna Radomska-Osipenko da ilkin mərhələni uğurla adlayıb. Qadınların kayaklarda 500 metr məsafəyə yarışında çıxış edən təmsilçimiz məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edib. O, 2-ci yürüşdə finiş xəttinə 2-ci çatıb. İnna yarımfinalın 2-ci yürüşündə də uğur qazanıb. Məsafəni 1 dəqiqə 48,132 saniyəyə qət edən idmançımız 2-ci yeri tutub. Bu nəticə ilə finala yüksələn Radomska-Osipenko iyunun 16-da keçiriləcək yarışda 2-ci zolaqda çıxış edəcək. Mükafatlar uğrunda mübarizə saat 11:06-da başlayacaq.

Qadınların 2 və 4 nəfərlik kayaklarda 500, kişilərin 2 və 4 nəfərlik kayaklarda 1000 metr məsafəyə yarışlarında Azərbaycan təmsil olunmayıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30