29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bakıda qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər

“Avropa Oyunlarının Bakıda keçirilməsi, həqiqətən də çox böyük zəfərdi. Avropa Oyunlarının açılış mərasiminin özü də təntənəli zəfərdi. Yarışda qazandığımız uğurlar bizim üçün fəxrdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Bu gün I Avropa Oyunlarının ilk medalçıları ilə keçirilən görüşdən sonra Hüseynzadə jurnalistlərin suallarını cavablandırıb.

O, Bakıda qəzaya uğrayan avstriyalı idmançılarla bağlı da fikir bildirib: “Onlar haqda informasiyamız var. Dünən aldığımız məlumata əsasən, xəsarət alan idmançı üzərində əməliyyat aparılıb. Əməliyyat prosesi uğurlu keçib. Qız artıq danışır”.

Hüseynzadə məlum hadisə ilə bağlı aparılan istintaq işi ilə bağlı qısa danışıb: “Bu suala istintaq orqanları cavab verə bilərlər”.

Qeyd edək ki, iyunun 11-də, saat 8.30-da, I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31