23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015”: “Məni yandıran odu ki, qızıl medalı oğlumun boynuna asa bilmədim”

“Məni yandıran odu ki, qızılı medalı oğlumun boynuna  asa bilmədim. İstərdim qızıl olsun, indi qismət bu imiş, bürünc medalla kifayətləndim”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına karate üzrə yığma komandamızın üzvü Niyazi Əliyev deyib.

I Avropa Oyunlarında 67 kq çəki dərəcəsində mübarizə aparan Əliyev Bakı-2015-i bürünc medalla başa vurub.

29 yaşlı dünya və Avropa çempionumuz qızıl medal qazana bilməməsinə təəssüfləndiyini bildirib: “Yarış çox yaxşıdı. Dəstək olduğuna görə, hər kəsə təşəkkür edirəm, Azərbaycan xalqının qarşısında baş əyirəm. Çox təəssüf ki, qızıl medalı ala bilmədim. Biz iki ildi bu yarışa hazırlaşırıq. Heç bir idmançı istəməz ki, belə səhv etsin. Bu səhvlik deyil, idman şansıdı. Azərbaycan xalqından çox üzr istəyirəm ki, onlara qızıl medalı çatdıra bilmədim. Bütün Azərbaycan xalqı idmançılara dəstək olmalıdı. Çünki əgər Azərbaycan bu cür böyük tədbir keçirirsə, xalqımız da idmançılarımıza dəstək olmağa borcludu. Bu gün mən o dəstəyi hiss etdim”.

Qeyd edək ki, yarımfinalda türkiyəli Burak Uyqura məğlub olan Niyazi Əliyev bürünc medal uğrunda görüşdə Steven da Kostaya qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30