20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

"Bakı-2015": Karate yığmamız 2 qızıl, 2 bürünc medal qazandı (Yenilənib)

Bakı-2015 Avropa Oyunlarında karateçilərin yarışına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunub.

60 kq-da mübarizə aparan Firdovsi Fərzəliyev ispaniyalı, italiyalı və albaniyalı idmançılar üzərində qələbə qazanmaqla yarımfinala adlayıb. Finala gedən yolda təmsilçimiz moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Pavlov da təmsilçimizin qarşısında duruş gətirə bilməyib və Fərzəliyev finala adlayıb. Burada da qalib gələn idmançımız ölkəmizə ilk qızıl medalı qazandırıb. 

67 kq-da yarışan Niyazi Əliyev də qrupda hər 3 rəqibini üstələyərək yarımfinala adlayıb. Burada təmsilçimiz Türkiyə karateçisinə uduzaraq, finaldan kənarda qalıb. Lakin Əliyev təsəlliverici finalda qalib gəlməklə bürünc medala sahib çıxıb.

75 kq-da mübarizə aparan Rafael Ağayev qrupda gözlənilməz məğlubiyyət acısı yaşasa da, o da yarımfinala adlamağı bacarıb. Finala gedən yolda təmsilçimiz almaniyalı idmançısını üstələyib. Finalda Rafael Ağayev italiyalı Luici Busa ilə üz-üzə gəlib. Sona 7 saniyə qalmış rəqibinə dəqiq zərbə endirən Rafael Ağayev çempion olub. 

Qadınların yarışında 55 kq-da mübarizə aparan İlahə Qasımova da yarımfinala yüksəlib. Qrup ikincisi olan təmsilçimiz finala gedən yolda fransalı Emilya Tuoya uduzub. Qasımova bürünc medaı uğrunda döyüşdə qələbə qazanmaqla, ölkəmizə "Bakı-2015"də ilk medalı qazandırıb. . 

Təəssüf ki, İlahədən fərqli olaraq 50 kq-da yarışan Nuranə Əliyeva və 61 kq-da mübarizə aparan Fəridə Abıyeva yarışla qrup mərhələsində vidalaşıb.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30