16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Mehriban Əliyeva: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm”

“Azərbaycana, Birinci Avropa Oyunlarına xoş gəlmisiniz. Oyunların açılış mərasimi ilə bağlı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oyunların rəsmi açılış mərasimində çıxışında deyib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar nəticəsində bu gün Avropa Oyunlarının tarixində yeni səhifə yazılır: “Bu səhifəni biz, Azərbaycan xalqı yazır. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə bu oyunların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm”.

M. Əliyeva Azərbaycanın zəngin mədəniyyətə, tarixə malik, tolerant bir ölkə olduğunu vurğulayıb: “2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Azərbaycanın inkişafı bu cür tədbirin keçirilməsinə imkan yaratdı. Qısa dövrdə Avropa Olimpiya Oyunlarına hazırlaşdıq. Mən dəstək verən hər kəsə, beynəlxalq tərəfdaşlarımıza, könüllülərə təşəkkür edirəm. Burada 6 min Avropa idmançısı iştirak edir. Bu, sizin üçündür. Bakı 17 gün ərzində sizə ikinci ev kimi olacaq. Mən bu gün Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm. Gələn il Avropa Oyunlarının məşəli nə qədər uzaqda olsa da, o ruh Azərbaycanda olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30