19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul etdi

İyun ayının 12-də Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kuksonu qəbul edib. Futbolxeber.az-ın məlumatına görə, 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonağı səmimi salamlayan F.Məmmədov bildirib ki, bu gün həm Azərbaycan, həm də dünya ictimaiyyəti möhtəşəm bir idman bayramının şahidi olacaq. Ölkəmizin iki ildən artıq hazırlaşdığı 1-ci Avropa Oyunları bu gün start götürəcək və 17 gün müddətində idmanın müxtəlif növləri üzrə öz azarkeşlərini sevindirəcək.

F.Məmmədov qeyd edib ki, ilk Avropa Oyunlarında velosiped idmanının 3 növü üzrə yarışlar keçiriləcək. Bu məqsədlə ölkəmizdə müvafiq infrastruktur yaradılıb. Veloparkın ərazisində inşa olunmuş Avropa Oyunlarında istifadə olunacaq BMX Veloparkı və Dağ Velosipedi Parkı Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam cavab verir. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, fiziki qüsurlu tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.

Azərbaycanda son illərdə velosiped idmanının sürətlə inkişaf etdiyini bildirən F.Məmmədov ilk Avropa Oyunlarında Azərbaycan velosipedçilərinin də yaxşı nəticələr göstərəcəyinə böyük ümidlər bəslədiyini bildirib.

Cənab Brayn Kukson səmimi qəbula görə minnətdarlığını bildirərək, 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirakından məmnunluğunu ifadə edib. UCİ prezidenti Bakı-2015 Avropa Oyunlarının yarış cədvəlinə daxil edilmiş velosiped idmanının üç növü - BMX, dağ və şosse yarışlarında 300-dən çox idmançının iştirak edəcəyini, bu yarışların hamısında 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün lisenziya xalları əldə etmək imkanlarının olduğunu da vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə qəbul olunmuş gənc ölkələrdən olmasına baxmayaraq, Azərbaycanda velosiped idmanının sürətlə inkişaf etdiyindən razılığını bildirən B.Kukson “Tour d`Azerbaidjan” beynəlxalq yarışının artıq UCİ-nin təqvimində öz yerini möhkəmlətdiyini, Azərbaycan velosipedçilərinin bir çox beynəlxalq yarışlarda uğurla çıxış etdiyini də diqqətə çatdırıb. O dünən “Synergy Baku” komandasının üzvü Maksim Averinin Slovakiya turunun ikinci mərhələsində birinci yerə çıxmasının Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsinin yüksək olduğuna dəlalət etdiyini, Bakıya qayıtdıqdan sonra velosipedçilərimizin Avropa Oyunlarında da yüksək yerlər tutacağına ümid etdiyini bildirib.

2013-cü ilə qədər 17 il İngiltərə Velosiped Federasiyasına rəhbərlik etdiyini və Milli Federasiyaların üzləşdikləri problemlərə yaxından bələd olduğunu qeyd edən B.Kukson Azərbaycan Velosiped İdmanı Federasiyasının son bir neçə il ərzində çox böyük işlər gördüyünü vurğulayaraq, ona həmişə dəstək verməyə, azərbaycanlı velosipedçilərin, mexaniklərin və məşqçilərin UCİ-nin İsveçrədəki təlim bazasında öz peşə hazırlıqlarını yüksəltməyə şərait yaratmağa hazır olduğunu da nəzərə çatdırıb.

Görüşdə 2018-ci ildə BMX üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30