28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

Maksim Averindən "üçqat zərbə"

Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Slovakia" yarışının 2-ci mərhələsi Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" klununun üzvü Maksim Averinin benefisi ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Bakı-2015” ilk Avropa Oyunlarının şosse velosipedi növündə mübarizə aparacaq idmançımız bu mərhələdə həm qalib olub, həm ümumi sıralanmada liderliyi ələ keçirib, həm də ən yaxşı sprinter kimi mükafatlandırılıb.

158.6 km-lik bu mərhələni 3 saat, 45 dəqiqə, 52 saniyəyə başa vuran Maksim Averin finiş xəttini birinci keçib. Bu nəticə velosipedçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 8 lisenziya xalı qazandırıb və bununla da Averin xal ehtiyatını 139-a çatdırıb. Bundan başqa, yolboyu ara sprintlərində də hamıdan yüksək nəticə göstərən Maksim ən yaxşı sprinter köynəyini ələ keçirib. Və ən nəhayət, 1-ci mərhələdə də 2-ci olan təmsilçimiz 2 günün nəticəsinə əsasən ümumi təsnifatda lider köynəyinə yiyələnib.

"Bu günkü mərhələdə əsas məqsədim dağ yollarında mümkün qədər az güc sərf etmək idi" - deyən Maksim Averin, əsas mübarizənin finişə 25 km qalmış başladığını deyib: "Komanda tam gücü ilə mübarizə apardı ki, liderlərə çatsın və biz bunu bacardıq. Məni finiş zonasına Matey Müqerli və Yannis Tamuridis çatdırdı. Mövqeyim də əla idi və bu da nəticə! Komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm".

Ardıcıl 2 mərhələdəki uğurlu çıxış sayəsində "Synergy Baku" komanda hesabında 23 kollektiv arasında birinci pilləni özündə saxlayır. Dağ mərhələləri ilə yadda qalacaq 3-cü mərhələdə iştirakçılar 196 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Slovakiya turu Bakı-2015 ilk Avropa Oyunları öncəsi velosipedçilərimiz üçün son sınaq xarakteri daşıyır. Maksim Averindən savayı, bu yarışda Avropa Oyunlarında iştirak edəcək digər velosipedçilərimiz Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparır. 5 mərhələdən ibarət yarışa iyunun 14-də yekun vurulacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31