19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Qiloyan: “Bakıda təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunub”

I Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələn Ermənistan nümayəndə heyətinin mətbuat katibi Karen Qiloyan Azərbaycanda təhlükəsizliklərinin təmin edildiyini bildirib. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, o, ölkəsinin mətbuatına açıqlamasında erməni idmançıların valideynlərinə müraciət edərək narahatlığa gərək olmadığını deyib: “Ermənistanın nümayəndə heyəti artıq Bakıdadır. Bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunur.  İdmançılarımızın valideynlərini və yaxınlarını əmin etmək istəyirəm ki, təhlükəsizlik sarıdan problem yoxdur. Heyətində bir erməni idmançısı olan İsveç millisi ilə eyni binada qalırıq. Almaniya, Finlandiya, Portuqaliya, İsveçrə, Türkiyə və Macarıstan komandaları bizimlə bir məhəllədə yerləşib”.

Xatırladaq ki, sabah start götürəcək I Avropa Oyunlarında 18 erməni idmançısı iştirak edəcək. Onlar idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30