25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Bayraqdarımıza Azərbaycan bayrağı təqdim olundu

Milli Olimpiya Komitəsində "Bakı 2015" I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, tədbirdə Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək, əvvəlki Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını daşıma şərəfinə nail olduqlarını xatırladıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb. Bu, 2015-ci ildə cüdo üzrə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış "Neftçi" İdman Klubunun yetirməsi Elmar Qasımovdur. E.Qasımova Azərbaycan dövlət himninin sədaları altında bayraq təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.

Qeyd edək ki, Azərbaycan yığmasının bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimində bayrağı daşıyacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30