23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015”: Bayraqdarımız müəyyənləşdi

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitəsi bu vəzifəni 2015-ci ildə cüdo üzrə keçirilmiş bütün nüfuzlu yarışların qalibi Elmar Qasımova həvalə edib.

E.Qasımov iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimində ölkələrin təntənəli keçidi zamanı Azərbaycan yığmasının önündə bayraqla hərəkət edəcək.

Qeyd edək ki, bayraqdar adına Elmar Qasımovdan əlavə, sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədov da namizəd idi.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30