29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Qəbələ”nin 17 idmançısı Avropa Oyunlarında

Üç gündən sonra Bakı-2015 I Avropa Oyunlarına start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, iyunun 12-dən 28-dək 17 gün ərzində Avropanın 50 ölkəsini təmsil edən 6000-ə yaxın idmançı 20 növdə 253 dəst medal uğrunda mübarizə aparacaq. 12 növdə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xallarının da sahibini tapacağı yarışda Azərbaycan millisi 289 atletlə təmsil olunacaq.

İlk dəfə təşkil olunan mötəbər yarışda yığmamızın heyətində “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edəcək. Klubun 17 idmançısı Avropa Oyunlarının mükafatları uğrunda mübarizə aparacaq. Bu atletlərdən 12-si döyüş növlərində qüvvəsini sınayacaq.

İyunun 16-19-da Kristal Zalda keçiriləcək taekvondo yarışlarında “Qəbələ”ni Məhəmməd Məhəmmədov təmsil edəcək. O, 58 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

İyunun 16-27-də Kristal Zalda baş tutacaq boks yarışlarında klubu Lorenzo Sotomayor təmsil edəcək. Boksçu 64 kq çəki dərəcəsində mükafat uğrunda mübarizə aparacaq.

İyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında baş tutacaq cüdo yarışlarında “Qəbələ”nin 3 idmançısı tatami üzərinə çıxacaq. Kifayət Qasımova (57 kq) və Ayşə Qurbanlı (48 kq) qadınların, Uşangi Kokauri (+100 kq) kişilərin yarışında çıxış edəcək.

Heydər Əliyev adına İdman Arenası iyunun 22-də samboçuların sərəncamına veriləcək. Burada “Qəbələ”nin 5 üzvü medallar üçün mübarizə aparacaq. Qadınların mübarizəsində Şəhanə Hüseynova (60 kq), Fəridə Qurbanova (64 kq) və Nərmin Əlizadə (68 kq), kişilərin yarışında Amil Qasımov (74 kq) və Vasif Səfərbəyov (+100 kq) çıxış edəcək.

İyunun 13-14-də Kristal Zalda “Qəbələ”nin iki karateçisi tatami üzərinə çıxacaq. Niyazi Əliyev 67 kq, Rafael Ağayev 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

“Qəbələ”nin digər 5 idmançısı atıcılıq yarışında çıxış edəcək. İyunun 16-24-də Bakı Atıcılıq Mərkəzində Emin Cəfərov, Paşa Əhədpur və Nurlana Cəfərova dairəvi stenddə, Elvin İsmayılovla Alina Rarikxanova səngər stendində medallar uğrunda mübarizə aparacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31