20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Bakı-2015": açılışa bütün biletlər satıldı!

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə olan bütün biletlər artıq satılıb. Futbolxeber.az-ın "Trend"ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Stolüstü Tennis Federasiyasının internet səhifəsində yerləşdirilmiş məqalədə məlumat verilir.

Məqalədə Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsi yer alır.

S.Kleq bildirib ki, Azərbaycan idman tarixinin ən böyük hadisəsi hesab edilən birinci Avropa Oyunları böyük nailiyyətdir və biz bununla fəxr etməliyik: "Artıq 30 aydır ki, biz bu heyrətamiz şou üzərində işləyirik və xəyalları gerçəkliyə çevirməyə nail olmuşuq. Avropa idman tarixində ilk dəfə olaraq açılış mərasiminin keçiriləcəyi stadionda boş yer olmayacaq. 78 faizi yerli vətəndaşlardan ibarət bütün BEGOC heyətinə bu möhtəşəm işə verdikləri töhfəyə görə təşəkkür edirəm. Birinci Avropa Oyunlarına olan maraq biletlərin satışında özünü göstərir. Təkcə açılış mərasiminin deyil, yarışların biletləri də sürətlə satılır”.

BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Mirjam Bogatajın müsahibəsinə istinadən isə yazıda qeyd olunur ki, satılan biletlərin orijinallığını qorumaq üçün ən doğrusu biletləri Bakıdakı və Mingəçevirdəki kassalardan əldə etməkdir.

Bildirilir ki, bilet əldə edə bilməyənlər üçün açılış mərasimi Oyunların rəsmi internet səhifəsi Baku2015.com-da canlı yayımlanacaq. Mərasim başa çatdıqdan sonra tədbirin 10 dəqiqəlik icmal videosu da sayta yerləşdiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30