19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Millət vəkili: “Avropa Oyunları bədxah qüvvələri aktiv fəaliyyətə keçməyə vadar edib”

“Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın Azərbaycanda keçirilməsi və buna yüksək səviyyədə hazırlıq işləri bədxah qüvvələri daha aktiv fəaliyyətə keçməyə vadar edib. Bu qüvvələr Azərbaycana qarşı təbliğat kampaniyası aparırlar. Bu məsələdə erməni lobbisinin fəaliyyətini də unutmaq olmaz”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri iyunun 10-da Avropa Parlamentində Azərbaycanla bağlı keçirilməsi planlaşdırılan dinləmələrə dair açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov söyləyib.

Deputat deyib: “Ermənilər və onların havadarları çox gözəl anlayırlar ki, Azərbaycanın keçirdiyi Avropa Oyunları kimi yüksək səviyyəli tədbir ölkənin növbəti uğurlara imza atmasına imkan yaratmaqla yanaşı, dünyada nüfuzunu daha da artıracaq. Bu yarış Azərbaycanın nəyə qadir olduğunu göstərəcək və ölkədə həyata keçirilən işlər dünyaya təqdim olunacaq. Azərbaycanın mədəniyyəti, tolerantlığı, ölkədə idmana və gənclərə olan diqqət və qayğı nümayiş olunacaq. Bu da istənilən halda Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirəcək. Bunu gözü götürməyən qüvvələr, xüsusən də ermənilər ölkəmizə qarşı kampaniyaya başlayıblar. Təəssüf ki, bir çoxları bunu bilməyərəkdən, məsələnin əsl mahiyyətini dərk etmədən bu proseslərə qoşulurlar. Ancaq bu məkrli kampaniya heç bir nəticə verməyəcək”.

F.Muradov bildirib ki, bu qüvvələr Azərbaycan Prezidentinin yürütdüyü siyasətin dövlətin və xalqın maraqlarına söykənən siyasət olduğunu başa düşmürlər. Onlar anlamırlar ki, bu cür tədbirlərlə, o cümlədən Avropa Parlamentinin təşkil edəcəyi toplantı ilə nəyəsə nail olmaq mənasızdır. Çünki Azərbaycan Avropa Olimpiya Komitəsinin gənclərin sağlam həyat tərzi sürməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə dəstək verərək belə bir idman yarışının keçirilməsi barədə qərar verib. Lakin Avropa Parlamenti özü Avropa Olimpiya Komitəsinin bu dəstəyinin əleyhinə çıxaraq belə bir mötəbər yarışın keçirilməsinə kölgə salır. Oyunların başlamasına iki gün qalmış Azərbaycanla bağlı dinləmələr keçirir və adını da “idman və insan haqları” qoyur. Bu, məntiqə sığmayan hərəkətdir. Əgər Avropa Parlamenti Azərbaycana dair hər hansı məsələni müzakirə etmək istəyirdisə, əvvəlcədən bununla bağlı dialoqa başlamalı idi. Amma onların nəyisə düzəltmək, müzakirə etmək niyyətləri yoxdur. Məqsədləri ancaq Azərbaycana təzyiq edib niyyətlərinə nail olmaqdır. Bu, Azərbaycana qarşı xüsusi olaraq hazırlanmış kampaniyanın tərkib hissəsidir. Azərbaycan parlamentariləri bu dinləmələrdə iştirak etməyəcəklər. Ancaq buna mütləq şəkildə adekvat cavab veriləcək və cəmiyyət bunun şahidi olacaq.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30