19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Bakı" Latviya çempionuna qalib gəldi

 

Çimərlik futbol üzrə Avropa klublar kuboku uğrunda yarışların qrup mərhələsinin son turunda Latviya çempionu "Kreyss"lə qarşılaşan "Bakı" 5:4 hesablı qələbə qazanaraq yarışı 3-cü pillədə başa vurdu. Futbolxeber.az-ın məlumatına görə, əvvəlki iki oyunda layiqli mübarizə aparan, ancaq güclü rəqiblərinə məğlub olan komandamız son qarşılaşmada Latviya çempionu üzərində əldə etdiyi qalibiyyətlə Avropa kubokunun final mərhələsində ilk qələbəsini reallaşdırdı. 
Oyun komandamızın böyük üstünlüyü şəraitindən keçib. İlk hissədə Vaqif Əliyev hesabı açaraq, "Bakı"nı hesabda irəli çıxarıb 1:0. Bunun ardınca iki dəfə fərqlənən Ramil Əliyev hesab arasındakı fərqi artırıb 3:0. Latviyalılar bu qollardan ikisinin cavabını verərək, fərqi minimuma endiriblər 2:3. 
Ikinci hissədə Əbdül Əliyev komandamızın 4-cü qoluna imza atıb 4:2. Oyunun sonlarında fəallaşan rəqiblər ardıcıl iki qol vuraraq, hesabı bərabərləşdirməyə nail olublar 4:4. Reqlamentə əsasən qalibi müəyyən etmək üçün əlavə vaxt təyin olunub.
Rəqibin cəhdlərinə baxmayaraq, belə son söz yenə də komandamıza məxsus olub. Dublunu reallaşdıran Əbdül Əliyev oyunda son nöqtəni qoyaraq, komandamızın qələbəsini təmin edib 5:4.
Xatırladaq ki, "Bakı"nın mübarizə apardığı E qrupundan 1/4 final mərhələsinə hərəyə 2 qələbə qazanan İtaliyanın "Terraçina" və Polşanın "Qrombax" klubları yüksəlib. "Bakı" qrup mərhələsini 3-cü pillədə başa vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30