18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Anadolu Agentliyi: “Bakı Birinci Avropa Oyunlarına hazırdı”

Türkiyənin Anadolu Agentliyi “Bakı-2015” ilk Avropa Oyunları barədə geniş məqalə yayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, “Bakı Birinci Avropa Oyunlarına hazırdır” sərlövhəli məqalədə iyunun 12-dən 28-dək keçiriləcək mötəbər idman yarışının əhəmiyyəti, hazırlıq işlərinin yüksək səviyyədə başa çatması, beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycana yönəlməsi barədə fikirlər yer alıb.
“Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ilə bağlı görülən işlərin həmişə Prezident İlham Əliyevin diqqət mərkəzində olması, dövlətimizin başçısının qalib idmançıların mükafatlandırılması məqsədilə Sərəncam imzalaması, həyata keçirilən digər tədbirlər barədə oxuculara ətraflı məlumat verilir.
Məqalədə diqqətə çatdırılır ki, artıq ilk Avropa Oyunlarında iştirak edəcək idmançılar Azərbaycana yola düşməyə başlayıblar. Avropa Oyunlarında iştirak edəcək idmançıları, o cümlədən çoxsaylı qonaqları qarşılamaq üçün Azərbaycanda bütün şərait yaradılıb. Bu Oyunlar Azərbaycanın dünyada nüfuzunu daha da artırmaqla yanaşı, onun idman və turizm ölkəsi kimi tanınmasına böyük töhfələr verəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30