20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”in məşəli İçərişəhər estafetinə Alov qüllələrindən start verib

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, paytaxt sakinlərinin hərarətli alqış sədaları altında məşəl alpinist Renat Rəhimxanovun müşayiəti ilə dünya memarlığının incilərindən sayılan “Alov qüllələri”nin ən hündür nöqtəsindən aşağı endirilib.

Birinci Avropa Oyunlarının məşəlçisi olduğu üçün qürur duyduğunu bildirən Renat Rəhimxanov “Bakı-2015”-də mübarizə aparacaq yerli idmançılara uğurlar arzulayıb. O bildirib ki, birinci Avropa Oyunları ərəfəsində bütün qitənin diqqəti ölkəmizə yönələcək. “Bakı-2015” Azərbaycanın təbliği baxımından mühüm məqam olacaq.

Gün ərzində məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətiriləcək.

“Bakı-2015” məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsindən başlayacaq. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, daha sonra isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətiriləcək. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30