20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Gimnastika, Avropa Oyunları: Bütün ulduzlar “Bakı-2015”də

Bir neçə gündən sonra Azərbaycan paytaxtında start götürəcək “Bakı-2015” birinci Avropa Oyunları dünya mətbuatının diqqət mərkəzindədir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, İtaliyanın www.oasport.it saytında “Gimnastika, Avropa Oyunları: Bütün ulduzlar “Bakı-2015”-də” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə qeyd edilib ki, iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunları idman tarixinin çox mühüm hadisəsidir. Bu mühüm yarışda idmanın digər növləri üzrə altı mindən artıq atlet, o cümlədən dünya səviyyəli gimnastlar medallar uğrunda mübarizə aparacaqlar. Gimnastika üzrə bütün idman tədbirlərinin favoriti olan Aliya Mustafina səkkiz aylıq fasilədən sonra nəhayət Bakıda böyük səhnəyə qayıdacaq.

Diqqətə çatdırılıb ki, son 3 ildə səhhətində baş vermiş problemləri arxada qoyan Viktoriya Komova da “Bakı-2015”-də çıxış edəcək. Bakıdakı tarixi idman tədbirinə hazırlaşanlar arasında Avropanın gimnastika kraliçası hesab edilən Culya Steinqruber, rumın Laura Jurka, İtaliya komandasının kapitanı Ciorciya Bell, polşalı məşhur idmançı Marta Pihan–Kulestza, alman Sofi Şeder və Elizabet Sayz da var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30