25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Bakı-2015”: Məşəl Neft daşlarında

“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Ölkəmizi gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra dünyada dənizdə ilk neft platforması olan Neft daşlarına aparılıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, ilk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirilib.

Neft daşlarında Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul edib. Neft daşları qəsəbəsinin sakinləri və dəniz neftçiləri ilk Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşılayıblar.

Oyunların məşəli Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirilib.

Daha sonra əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırıb.

Akademik Xoşbəxt Yusifzadə ölkəmizin “Bakı-2015” ilk Avropa Oyunları kimi mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Neft daşları qəsəbəsinə təhvil verilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30