25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Serbiyalı idmançılar “Bakıya doğru” şüarı altında bir araya gəliblər

İlk Avropa Oyunlarında Serbiyanı təmsil edəcək idmançıların tanıtımı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaranma günü ilə bağlı Belqradda “Bakıya doğru” şüarı altında tədbir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, dörd mindən artlq insanın qatıldığı tədbirə maraq göstərənlər arasında uşaqlar çoxluq təşkil edib.

Tədbir çərçivəsində 4, 8 və 12 yaşlı uşaqlar, onların valideynləri və əlillər arasında müxtəlif yarışlar keçirilib. Serbiyalı idmançı İvana Spanoviç BOK-un prezidenti Tomas Baxın Olimpiya hərəkatının yaranmasından, Olimpiya dəyərlərindən və idmanın önəmindən bəhs edən məktubunu oxuyub.

Tədbirdə çıxış edən Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zarko Paspalj deyib: “Olimpiya Günü sosiallaşmaq, yarışmaq, təbiətin gözəlliklərindən zövq almaq, Olimpiya ruhunu və dəyərlərini təbliğ etmək üçün yaxşı fürsətdir. Serbiyanı Bakıda keçiriləcək ilk Avropa Oyunlarında təmsil edəcək idmançılar artıq mübarizəyə tam hazırdırlar. Əminəm ki, onlar ölkəmizə çoxlu medallarla qayıdaraq bizə qürur bəxş edəcəklər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30